Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və aid təşkilatlarla birgə Azərbaycan Gəncləri Gününün Naxçıvanda qeyd olunması məqsədilə hazırlanan “Gənclər həftəsi” proqramının icrası davam etdirilir.
Bu gün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşları tərəfindən gənclər üçün “uğurlu büdcə planlanması” mövzusunda təlim keçirilib. Təlimin məqsədi gənclərin maliyyə sahəsindəki biliklərini artırmaq, onlara büdcə planlaması məsələsində yardım etməkdən ibarət olub. İştirakçılar mövzu ilə bağlı ətraflı şəkildə məlumatlandırılıb, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Sonra təlimin mövzusuna aid 30 sualın səsləndirildiyi intellektual oyun təşkil olunub. İlk üç yerin sahibi olan komandaların üzvlərinə sertifikat təqdim edilib.
Qeyd edək ki, “Gənclər həftəsi” sabah keçiriləcək kikboksinq birinciliyi və mükaflandırma mərasimi ilə başa çatacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti